“Ankaragücü” klubunun baş məşqçisi Mustafa Kaplan komandadan ayrılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə 51 yaşlı mütəxəssis şəxsi Tvitter səhifəsində yazıb. O, kluba və azarkeşlərə minnətdarlığını bildirib və onlarla vidalaşıb.
Qeyd edək ki, Kaplan bu ilin yanvarında paytaxt təmsilçisini çalışdırırdı. Onun komandası mövsümü 13-cü pillədə başa vurub.