"Qalatasaray" klubu növbəti mövsüm üçün ilk transferini gerçəkləşdirməyə yaxındır. 

Offsideplus.az xəbər verir ki, İstanbul klubu yayda "Fulhem"dən ayrılacağı dəqiqləşən Rayan Babellə anlaşıb. "Sarı-qırmızılılar"ın hollandiyalı futbolçu ilə 3 illik müqavilə imzalayacağı iddia edilir. 32 yaşlı oyunçu "Cim-Bom"da ilinə 3 milyon avrodan çox qazanacaq.

Qeyd edək ki, Babel "Fulhem"ə cari mövsümün ortasında "Beşiktaş"dan keçmişdi.