"Kasımpaşa"nın baş məşqçisi Mustafa Dənizli xəstəxanaya yerləşdirilib.
Offsideplus.az-ın "NTV Spor"a istinadən yaydığı xəbərə görə, o, bu gün keçirilən Türkiyə Superliqasında "Trabzonspor"la matç zamanı özünü pis hiss edib. Fasilədə xəstəxanaya yerləşdirilən türk mütəxəsssin əvəzinə komandanı oyuna onun köməkçisi Sarp Yigit çıxarıb.
Təzyiqi yüksələn M.Dənizlinin özünü yaxşı hiss etdiyi bildirilib.
Qeyd edək ki, "Kaımpaşa"- "Trabzonsöpr" görüşü 2:2 hesabı ilə başa çatıb.