Türkiyənin "Göztepe" klubunun yeni baş məşqçisi məlum olub. 

Offsideplus.az xəbər verir ki, komanda sabiq çalışdırıcısı Tamer Tunaya tapşırılıb. Onunla 3.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Tamer Tuna ötən mövsüm "Göztepe"ni çalışdırmış və mövsümün sonunda vəzifəsindən getmişdi. Onun son iş yeri "Sivasspor" olub.