Millimizin futbolçusu Dəniz Yılmazın şərəfini qoruduğu "Gənclərbirliyi" Türkiyə Superliqasında növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda 21-ci "Trabzonspor"u qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb.

D.Yılmaz 72-ci dəqiqədə meydanda daxil olub. O, Petar Skuletiçi əvəzləyib.

Qeyd edək ki, D.Yılmaz bu qış "Bursaspor"dan "Gənclərbirliyi"nə transfer olunub.

Əlavə edək ki, "Gənclərbirliyi" hazırda turnir cədvəlində 22 xalla 12-ci pillədə qərarlaşıb.