"Trabzonspor"un forvardı Burak Yılmaz son bir həftə içində xarici görünüşünün dəyişikliyi ilə bağlı mediaya açıqlama verib.

Offsideplus.az xəbər verir ki, məşhur futbolçu saqqallını uzatmasına barədə danışarkən deyib ki, saqqalını prezident Rəcəb Tayyib Ərdoğanın tövsiyəsi ilə uzadıb.

Burak Yılmaz bu barədə söz açarkən deyib: "Həyatımda ilk dəfə saqqalı buraxdım. Mən həmişə saçımı qısa kəsirdim, bu mənim üslubum idi.

Son zamanlarda hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğanın qəbuluna getdiyimizdə "Saqqal sənə yaraşın, oğlum" dedi və mənə saqqalımı kəsməməyi məsləhət gördü.

Mən bir az cür qalmasına qərar verdim. Sonra qızlarım dedilər: "Ata, saqqalıların çox gözəl, kəsmə".  Belə qaldı. Bir az uzanınca adamın kəsməəy əli də gəlmir. Bəlkə bir gün kəsəcəm və ya uzadacam. Fərqi yoxdu".