Türkiyə Kubokunda 1/4 və yarımfinal mərhələsinin püşkü atılıb. 

Offsideplus.az xəbər verir ki, püşkatmaya Türkiyə Futbol Federasiyasının rəsmiləri ilə yanaşı pley-off mərhələsini keçən klubların nümayəndələri də iştirak edib.

Püşkatmanın nəticələri belə olub:

"Trabzonspor" - "Ümraniyespor"
"Akhisarspor" - "Kasımpaşa"
"Qalatasaray" - "Hatayspor"
"Yeni Malatyaspor" - Göztepe"

Yarımfinalda isə aşağıdakı cütlər qarşılaşcaq:

"Trabzonspor" - "Ümraniyespor"un qalibi / "Akhisarspor" - "Kasımpaşa"nın qalibi
"Qalatasaray" - "Hatayspor"un qalibi / "Yeni Malatyaspor" - Göztepe"nin qalibi

1/4 finalının ilk qarşılaşmaları fevralın 5, 6, 7-də, cavab görüşləri isə 26, 27 və 28-də olacaq. Yarımfinal mərhələsinin ilk görüşləri aprelin 2, 3 və 4-də, cavab qarşılaşmaları isə 23, 24 və 25-də baş tutacaq.