"Çelsi" klubunun futbolçusu Viktor Mozesin "Fənərbağça"ya keçidi rəsmiləşib. 

Offsideplus.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 2019/2020 mövsümünün sonuna kimi icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, V.Mozes bu mövsüm Premyer Liqada cəmi 2 matçda oynayıb.