"Çelsi"nin yarımmüdafiəçisi Viktor Mozes karyerasını Türkiyədə davam etdirəcək.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nigeriyalı futbolçu "Fənərbaxça"nın formasını geyinəcək.
28 yaşlı oyunçu yeni komandasına qoşulmaq üçün artıq İstanbuldadı. Gecə saatlarında ailəsi ilə birlikdə gələn Mozes bu gün münasibətləri rəsmiləşdirəcək. O gələn ilin yayına qədər icarə əsasında "sarı-lacivərdlilər"in şərəfini qoruyacaq.
Qeyd edək ki, Viktor Mozesin "Çelsi" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.