Türkiyədə bu vaxta qədər müxtəlif liqalarda 26 fərqli klubu çalışdıran Yılmaz Vural yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, 65 yaşlı məşqçi 1-ci liqa təmsilçisi “Girəsunspor”la razılaşıb.

Müqavilənin mövsümün sonuna qədər qüvvədə olacağı açıqlanıb.

Qeyd edək ki, “Girəsunspor” 31 xalla 5-ci pillədədir. Vuralın əsas vəzifəsi komandanın Super Liqaya çıxarmaq olacaq.