“Lester”in futbolçusu Fusseni Diabate karyerasını Türkiyədə davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı hücumçu “Sivasspor”a icarəyə verilib.
Diabate mövsümün sonuna qədər Sivas təmsilçisinin uğurları üçün çalışacaq. Onun “Lester”lə müqaviləsi isə 2022-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, hücumçu cari mövsümdə “Lester”in heyətində Premyer Liqada yalnız 1 matçda meydana çıxıb.