Türkiyə millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Hakan Şükürün atası Selmet Şükürü 15 il azadlıqdan məhrum edilə bilər.
Offsideplus.az xəbər verir ki, FETÖ-nün dövlət çevrilişi cəhdindən sonra həbs edilən sabiq deputatın atası silahlı terror təşkilatına üzv olmaqda ittiham edilir. Ata Şükürü 7,5 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Onun məhkəməsi fevralın 5-də başlayacaq.
Qeyd edək ki, Hakan Şükür və ailəsi 2015-ci ilin dekabrında Türkiyədən ABŞ-a köçüb. Onun atası isə 2016-cı ilin avqustunda saxlanılıb.