“Beşiktaş” erməni futbolçusunu icarəyə göndərdi.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Arası Moldovanın “Şerif” klubuna icarəyə göndərib.
Müqavilənin detalları barədə isə məlumat verilməyib.
Qeyd edək ki, karyerasını “Ayaks”da başlayan Aras Rusiyada “Spartak” və “Krosnadar”da oynasa da, “Beşiktaş”da 1-i çempionat (6 dəqiqə), 1-i isə ölkə kubokunda (37 dəqiqə) olmaqla, cəmi 2 oyunda şans qazanıb. O, kubok görüşündə bir qola imza atıb.