Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə baş tutan yeganə görüşdə Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” doğma meydanda “Beşiktaş”la qarşılaşıb. Səfərdə 1:3 hesabıyla uduzmuş paytaxt klubu ev oyununda da minimal hesabla məğlub olub və kubok mübarizəsini dayandırıb.

Zədədən əziyyət çəkən millimizin forvardı bu görüşün iştirakçısı olmayıb.

Xatırladaq ki, “Beşiktaş”la səfər oyununda komandasının yeganə qolunu məhz Dəniz Yılmaz vurmuşdu.