Bu gün Türkiyə kubokunda ¼ finalın cavab matçlarına start verilib.

Offsideplus.az xəbər verir ki, ilk matçda öz meydanında “Gənclərbirliyi”ni 3-1 məğlub edən “Beşiktaş” səfərdə də qalib gəlib.

Belə ki, 25-ci dəqiqədə Mustafa Pektemekin vurduğu qol “qara-qartallar”a qələbə qazandırıb. Bununla da “Beşiktaş” yarımfinala yüksələn ilk komanda olub.

İstanbul təmsilçisinin yarımfinaldakı rəqibi “Fənərbağça” – “Girəsunspor” matçından sonra məlum olacaq. Bu komandalar arasındakı ilk matç “Fənərbağça” 2-1 qazanmışdı.