Beşiktaş”ın və Ermənsitan millisinin üzvü Aras Özbiliz karyerasını Qazaxıstanda davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə 27 yaşlı futbolçunun Qazaxıstanın “Aktobe” klubuyla razılığa gəldiyi, artıq bu klubda tibbi müayinədən də keçdiyi qeyd edilib. Anlaşmanın yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Xatırladaq ki, 2016-cı ildən “Beşiktaş”ın üzvü olan hücumçu, İstanbul təmsilçisinin heyətində 1-i çempionat (6 dəqiqə), 1-i isə ölkə kubokunda (37 dəqiqə) olmaqla, cəmi 2 oyunda şans qazanıb. O, kubok görüşündə bir qola imza atıb.

Özbilizlə birlikdə ukraynalı qapıçı Denis Boyko da “qartallar”dan ayrılacaq. Qolkiperin Rumıniyanın “Styaua” klubuna icarəyə veriləcəyi gözlənilir.