Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz yeni komandası “Gənclərbirliyi”nin heyətində zədələnib.
Offsideplus.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, qış fasiləsində “Bursaspor”u paytaxt klubuna dəyişən forvard komandasının dünənki məşqində iştirak etməyib.
Onunla yanaşı, daha 6 oyunçu – Nihat Şahin, Sərdar Özkan, Mehmet Taş, Skekiç, Murat Duruer və Ahmet İlhan da zədədən əziyyət çəkir. Adıçəkilən futbolçular Türkiyə kubokunun 1/4 final mərhələsində bu gün “Beşiktaş”la keçiriləcək cavab matçını buraxacaqlar.
Qeyd edək ki, bu komandalar arasında İstanbulda baş tutan ilk qarşılaşmada “Beşiktaş” 3:1 hesablı qələbə qazanıb, “Gənclərbirliyi”nin yeganə qoluna Dəniz Yılmaz imza atıb.