Türkiyə Super Liqasının 13-cü turunda “Trabzonspor” öz meydanında “Fənərbaxça”nı 2:1 hesabıyla məğlub edib.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu qələbə Qaradəniz təmsilçisi üçün əlamətdar olub. Belə ki, “Trabzonspor” son dəfə “Fənər"i 2010-cu ildə məğlub etməyi bacarmışdı. 3:2 hesablı qələbədən sonra “bülbüllər”lə 18 dəfə qarşılaşan Trabzon təmsilçisi, bu matçlarda 10 dəfə məğlub olub, 8 dəfə isə bərabərə qalıb.
“Trabzonspor” hazırda turnir cədvəlində 19 xalla 7-ci, “Fənərbaxça” isə 13 xalla 15-ci sırada yer alıb.