“Qalatasaray” ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, “sarı-qırmızılar”ın mərakeşli futbolçusu Yunes Belhanda zədələnib. Mərakeş millisinin Kamerunla oynadığı matçda zədələnən Belhandanın, əzələsində dartınma olduğu və 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.28 yaşlı yarımmüdafiəçinin adı qarşıdakı oyunlar üçün Mərakeş millisinin də heyətindən çıxarılıb.