“Qalatasaray” ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, “sarı-qırmızılar”ın mərakeşli futbolçusu Yunes Belhanda zədələnib. Mərakeş millisinin Kamerunla oynadığı matçda zədələnən Belhandanın, əzələsində dartınma olduğu və 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.28 yaşlı yarımmüdafiəçinin adı qarşıdakı oyunlar üçün Mərakeş millisinin də heyətindən çıxarılıb.
Belhanda “Qalatasaray”ın Super Liqada “Konyaspor”, “Beşiktaş”, “Rizəspor”, “Başakşəhər”, “Sivasspor”, Çempionlar Liqasında isə “Lokomotiv” və “Portu” ilə matçlarında iştirak edə bilməyəcək.