Türkiyənin "Kayserispor" klubu FİFA tərəfindən cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, dünyanın ali futbol qurumu kluba transfer qadağası qoyub. Komanda buna görə qış transfer pəncərəsində yeni oyunçu ala bilməyəcək.
Səbəb "Kayserispor"un 2015-2016 mövsümündə İspaniya "Malaqa"sından heyətinə qatdığı Adnan Tiqhaduiniyə əmək haqqı kimi 150 min avronun vaxtında ödəməməsidir.