Türkiyənin "Fənərbağça" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi hollandiyalı Ervin Kumanla müqavilə imzalayacaq.
57 yaşlı mütəxəssis mövsümün sonuna kimi komandaya rəhbərlik edəcək. O, bu mövsüm komandanın Çempionlar Liqasında iştirakını təmin etsə, daha bir il Türkiyə klubunda qalacaq.
Qeyd edək ki, Ervin Kuman "Fənərbağça"da istefaya göndərilən Filip Kokunun köməkçisi idi.