Türkiyə 1-ci Liqa təmsilçisi “Sakaryaspor” sol cinah müdafiəçisi Caner Erkin ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, klubun rəsmi hesabından yayımlanan açıqlamada tərəflərin qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdiyi bildirilib.
Klub açıqlamasında Erkinə gələcək karyerasında uğurlar arzulanıb.
Mövsümün əvvəlində transfer olunan təcrübəli futbolçu “Sakaryaspor” forması ilə 12 oyunda meydana çıxıb və bu müddətdə 4 qırmızı vərəqə alması ilə diqqət çəkib.
Caner Erkin son olaraq “Özbelsan Sivasspor”a qarşı səfər oyununda (4:1) 45+1-ci dəqiqədə qırmızı kart görərək komandasını 10 nəfərlə qoymuşdu.


