“Qalatasaray” Ziraat Türkiyə Kuboku A Qrupunun 3-cü turunda “İstanbulspor”u qəbul edir.

Offsideplus.az xəbər verir ki, sarı-qırmızılıların ulduz hücumçusu Mauro İkardi bu oyunda “Rams Park*da klub tarixinə düşüb.

Matça qolla başlayan İkardi artıq 5-ci dəqiqədə fərqlənib. Sol cinahdan inkişaf edən hücumda Ahmed Kutucunun cərimə meydançasına ötürdüyü topu İlkay Gündoğan buraxıb, İkardi isə dəqiq plase zərbəsi ilə topu qapıdan keçirib. Bu qolla “Qalatasaray” hesabda 1:0 önə keçib.

Mauro İkardi “Qalatasaray” forması ilə keçirdiyi 118-ci oyunda 73-cü qolunu vuraraq klubun əfsanəsi George Hacini geridə qoyub. Beləliklə, argentinalı hücumçu “Qalatasaray” tarixinin ən çox qol vuran legioneri olub.