Son günlərdə fanatlar və rəhbərliklə yaşadığı problemlərlə gündəmə gələn Burak Yılmaz üçün yeni bir iddia ortaya atıldı.
Offsideplus.az "Milliyet"-ə istinadən xəbər verir ki, rəhbərlik Burak Yılmaz məsələsində son nöqtəni qoymağa hazırlaşır. Trabzonspor-un bu həftə içi hücumçu ilə müqaviləni pozmaq üçün masaya əyləşəcəkləri gözlənilir.
Trabzonspor-dan 1.2 milyon avro alacağı olan Burak Yılmaza türk lirəsi ilə ödəniş edilməsi təklif ediləcək və yollar ayrılacaq. Təcrübəli futbolçunun Yanvar ayından komandadan ayrılması gözlənilir.
Digər tərəfdən 2020-ci ilə qədər müqaviləsi olan futbolçusunun adı Başakşehir, Galatasaray və Beşiktaş-la da birgə hallanır. Beşiktaş mövsümün əvvəlində Burak Yılmazı transfer etməyə cəhd göstərsə də 33 yaşlı futbolçu təşəkkür edərək, təklifi qəbul etməmişdi. Keçən mövsüm Super Liqanı 23 qolla tamamlayan Burak Yılmaz bu mövsüm 7 matçda 5 qola imza atıb.