Rusiyada universitetlər arasında üzgüçülük üzrə “Rektor kuboku” keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisi 2 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıb.

Əbdürrəhman Rüstəmov 50 m və 200 m məsafəyə batterflyay üsulunda üzmədə birinci, eyni üsulla 100 m, həmçinin qarışıq üsulla və sərbəst üsulla 200 m məsafəyə üzmədə ikinci yeri tutub.

Fatimə Alkərəmova 200 m məsafəyə sərbəst üsulda gümüş, eyni məsafəyə qarışıq və 100 m məsafəyə sərbəst üsulda bürünc medal qazanıb.

Digər idmançımız Rəşad Alquliyev isə 200 m məsafəyə qarışıq üsulla üzmədə finiş xəttinə üçüncü çatıb.

Qeyd edək ki, “Burevestnik” üzgüçülük hovuzunda keçirilən yarışda Rusiyanın 32 regionundan 1084 idmançı mübarizə aparıb.