Rusiyanın Barnaul şəhərində SSRİ İdman Ustası Konstantin Kostenkonun xatirəsinə həsr olunmuş kayak və kanoe üzrə yeniyetmə və gənclər arası beynəlxalq turnir davam edir.
Offsideplus.az xəbər verir ki, yığma komandamız ilk yarış günündə iki qızıl medal qazanıb.
1 nəfərlik kayak qayığında 15 yaşadək idmançılar arasında 1000 metr məsafəyə yarışda Əlimurad Hacızadə bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Eyni yaş kateqoriyasında 2 nəfərlik kayak qayığında 500 metr məsafəyə mübarizə də təmsilçilərimizin qələbəsilə başa çatıb – Əlimurad Hacızadə və Vacib Babayev dueti ən yaxşı nəticə ilə xatirə turnirinin qalibi olub.