Üzgüçümüz Roman Saley dünya çempionatının qızıl medalını qazanıb.

Offsideplus.az xəbər verir ki, üçqat paralimpiya çempionu Mançesterdə keçirilən dünya çempionatında 100 metr sərbəst üzmə növündə 53.32 saniyəlik nəticə göstərib.

Bununla da o, yarışın qızıl medalına sahib olub.

Saley buna qədər dünya çempionatında daha üç medal qazanmışdı.