Azərbaycan paraüzgüçüsü Roman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
Offsideplus.az xəbər verir ki, üçqat paralimpiya çempionu 100 metr məsafəyə batterflyay üsulu ilə üzməkdə 58.72 saniyə nəticə göstərib.
Final yarışı bu gün, Bakı vaxtı ilə saat 22:25-də başlayacaq.
Xatırladaq ki, Roman Saley ötən gün 100 metr məsafəyə arxasıüstə üzməkdə 1:00.83 nəticə ilə gümüş medal qazanıb və Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.