31 iyul – 06 avqust 2023-cü il tarixlərində İngiltərənin Mançester şəhərində üzgüçülük idman növü üzrə Dünya çempionatı keçiriləcək.
Offsideplus.az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin milli komandasının üzvləri də yarışda iştirak üçün yola düşüblər. Ölkəmizi dünya çempionatında 3 qat paralimpiya çempionu Raman Salei, paralimpiya çempionu Vəli İsrafilov və Könül Süleymanova təmsil edəcək.
Qeyd edək ki, çempionatda ilk 2 yerə sahib çıxan idmançılar “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanacaqlar.