Azərbaycan Yelkən Federasiyası 2023 Optimist Dünya Çempionatında iştirak edəcək.

Offsideplus.az xəbər verir ki, 15-25 iyun tarixlərində İspaniyanın Kosta Brava şəhərində keçiriləcək çempionatda Azərbaycanı yığma komandamızın idmançıları Emel Məmmədli, Davud Babazadə, Nərgiz Məmmədova və Nəzrin Məmmədova təmsil edəcək. 

Qeyd edək ki, yarışda komandamızın məşqçisi Yasin Çakır, komanda rəhbəri isə Azərbaycan Yelkən Federasiyasının vitse-prezidenti Burcu Algon Giorgiannidir.