Üzgüçülük üzrə Azərbaycan millisi 2-4 iyun tarixlərində Çexiyanın Praqa şəhərində keçirilən "Cexiya Open Cup 2023" Beynəlxalq turnirində 10 medal qazanıb.
Offsideplus.az xəbər verir ki, milli komandamızın yetirmələri 2 qızıl, 4 gümüş, 4 bürünc medal əldə ediblər. Olimpiya Oyunlarina lisensizya xarakterli bu yarışda Azərbaycan idmançıları ilə yanaşı Bolqaristan, Ukrayna, Danimarka, Italiya, Polşa, Yunanistan, Çexiya, Fransa, Almaniya, Filippin, Avstriya, Xorvatiya, Hollandiya, Makedoniyadan güclü üzgüçülər mübarizə aparırdı. Millimiz bu turnirdə məşqçilər Rəşad Əbdürrəhmanov, Rəşad Əliyev və Daniel Dudaş, idmançılardan isə Vəli İstafilov, Ramil Vəlizadə, Rəşad Alquliyev, Əbdürrəhman Rüstəmov, Oqtay Hüseynov, Fatimə Alkərəmova və Məryəm Şeyxəlizadəhangahla təmsil olunurdu. Su idman növlərinin çox inkişaf etmiş ölkələrinin idmançılarının da qatıldığı bu beynəlxalq yarışda Oqtay Hüseynov 2 qızıl, 2 bürünc, Əbdürrəhman Rüstəmov 1 qızıl, 2 gümüş, Ramil Vəlizadə 1 gümüş, Məryəm Şeyxəlizadəhangah 1 gümüş, Rəşad Alquliyev 1 gümüş qazanmaqla millimiz yüksək nəticələr göstəriblər.
Milli komanda dünən axşam saatlarında Vətənə dönüblər. Hava limanında idmançılarımızı Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri, Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndələri, idman ictimaiyyəti, valideynlər qarşılayıb.