9-15 may tarixində Almaniyanın paytaxtı Berlin şəhərində üzgüçülük üzrə dünya seriyası yarışı keçiriləcək.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandası turnirdə iştirak etmək üçün yola düşüb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.