Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənənyarlı başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə vəzifəsindən istefa verib.

Offsideplus.az xəbər verir ki, onu bu vəzifədə Həsənov Fəxri Şaiq oğlu əvəzləyib.

Fəxri Həsənov 1977-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis İqtisadiyyatı fakültəsini, sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirən Həsənov bu vəzifəyə qədər Avto Lizinq Azərbaycan MMC-də çalışıb.