Üzgüçülük üzrə yeniyetmə və gənclərdən ibarət Azərbaycan millisi beynəlxalq turnirdə güclərini sınayacaqlar.

Offsideplus.az xəbər verir ki, 18 idmançıdan ibarət komanda 13-16 aprel tarixlərində Macarıstanın Şopron şəhərində keçiriləcək Yeniyetmələr arasında beynəlxalq turnirdə iştirak etmək üçün bu şəhərdədirlər.

Turnirdə Almaniya, Fransa, Macarıstan, Slovakiya, Xorvatiya və Azərbaycan üzgüçüləri mübarizə aparacaq.