Azərbaycan Yelkənli İdman Federasiyasının hesabat-seçki konfransı keçiriləcək.

Offsideplus.az xəbər verir ki, aprel ayının 26-da keçiriləcək tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq. Konfrans saat 12:00-da başlayacaq.

Yığıncaqdan dərhal sonra mətbuat konfransı təşkil ediləcək.

Qeyd edək ki, hazırda Yelkənli İdman Federasiyasına Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov rəhbərlik edir.