Üzgüçülük idman növü üzrə Azərbaycan açıq qış çempionatı yekunlaşıb.
Offsideplus.az xəbər verir ki, yarışda Azərbaycanın 15 müxtəlif klub və idman cəmiyyətlərindən 3-cu idman dərəcəsi olan 140-a yaxın idmançı öz güclərini sınayıblar.
Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst üsullarda, 50,100, 200 metr məsafələrdə arxası üstə, brass və batterfley üsullarda mübarizə aparıblar.
3 gün davam edən çempionatda Məryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə, Rəşad Alquliyev, Vəli İsrafilov, Fatimə Alkərəmova, Əbdürrəhman Rüstəmov, Ayan Kələntərova və Nihad Yusibov kürsünün ən yüksək pillələrində yer alıblar.