16 oktyabr tarixində Bakı daha bir möhtəşəm beynəlxalq yarışa ev sahibliyi edəcək.
Offsideplus.az xəbər verir ki, “Red Bull Cliff Diving” Dünya Seriyası yarışmasının mövsüm finalı paytaxtımızda keçiriləcək.
Yarışın tanınmış simalarının iştirak edəcəyi bu tədbir öz unikallığı ilə bu günə qədər olan bütün yarışlardan seçiləcək. Çünki bu final dünyanın ilk qapalı məkanında keçiriləcək “Red Bull Cliff Diving” Dünya Seriyası yarışı olaraq tarixə düşəcək.
Belə ki, bu yarışa şəhərimizin ən son memarlıq nümunələrindən olan Dəniz Mall ev sahibliyi edəcək. Ticarət mərkəzinin 12 metr diametrli akril hovuza malik əsas məkanında keçiriləcək yarışmada 2021-ci il mövsümünün çempionları müəyyənləşəcək. Çempion adı uğrunda yarışan 24 dalğıcın hər biri bu çətin sınaqla baş-başa qalacaq.
Dalğıclar 27 metr məsafədən 85 km/saat-dan daha yüksək sürətlə əyani çətinlik yaradan sərhədli ərazidə hovuzun mozaikalı dibinə doğru hərəkət edəcəklər. Onlar həm qapalı mühitə öyrəşməli olacaqlar, həm də klostrofobiya ilə yarışacaqlar. Bütün bu həyəcanı əyləşmə zonasından canlı izləmək mümkün olacaq!
“Red Bull Cliff Diving” Dünya Seriyası yarışması ölkəmizdə təşkil olunan və dünyaya səs salacaq növbəti uğurlu layihə olaraq tarixə düşəcək. 2009-cu ildə yaradılmış “Red Bull Cliff Diving” Dünya Seriyasının bu il artıq 12-ci mövsümü baş tutacaq. Bu peşəkar idmançıların müxtəlif məkanlardakı yüksək yerlərdən suya daldığı ecazkar bir yarışdır. Xatırladaq ki, yarışda ən çox qalib olmuş idmançı səkkiz qat çempion Qari Hantdır.
Ətraflı məlumat burada. Odur ki, 16 oktyabrda Dəniz Mall-da baş tutacaq bu əfsanəvi “Red Bull Cliff Diving”
Dünya Seriyası finalını qaçırmayın!
Məkan: Dəniz Mall
Koordinatlar: 40.35824, 49.83659
Platforma hündürlüyü: 27m | 21m
Suyun dərinliyi: 6m
Sentyabrda su temperaturu: 18°C
Sentyabrda hava temperaturu: 25°C
Su: Şirin su
Maraqlı fakt: 2020-ci ilin mart ayında açılmış ticarət mərkəzi ilk qapalı “Red Bull Cliff Diving” Dünya seriyasına ev sahibliyi edəcək.