Azərbaycanın üzgüçülük üzrə paralimpiya milli komandasının üzvləri Açıq Qış Birinciliyində iştirak etmək üçün Polşanın Şetsin şəhərinə yola düşüb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəinin idman şöbəsinin rəhbəri Rauf Mürsəlovun rəhbərliyi altında idmançılarımız 19-26 noyabr tarixlərində keçirilən yarışda iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycanın üzgüçülük üzrə paralimpiya yığmasının artıq bir üzvü "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.