Cənubi Koreyanın Kvandju şəhərində keçirilən Su İdman növləri üzrə dünya çempionatında kişilərin baterflay stil üzrə 200 m. məsafəyə üzgüçülük yarışlarında finalçılar məlum olur.

Offsideplus.az xəbər verir ki, ilk yarımfinal qrupunda Azərbaycanı təmsil edən Maksim Şemberev də yarışıb. 26 yaşlı üzgüçü 1.56,78-lik göstərici ilə 7-ci olub və finala vəsiqə qazana bilməyib.

Şemberevin mübarizə apardığı qrupda 1.55,26 nəticə göstərən amerikalı Zak Hartinq birinci olub.