Moskva Spartak-ının əsas səhmdarı olan "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov klubda baş verən qalmaqala münasibət bildirib. 

Offsideplus.az xəbər verir ki, Azərbaycan əsilli milyarder yaranmış vəziyyətdən elə də məmnun olmadığını söyləyib. Onun gikrincə, azarkeşlərin boykot qərarı klub menecmentinin perspektivinə çox güclü təsir edə bilər.

Qeyd edək ki, Massimo Karreranın baş məşqçi postundan göndərilməsi Spartak-da qalmaqala səbəb olub. Azarkeşlər italiyalı mütəxəssisin qovulmasına etirazlarını bildiriblər. Onların Anji ilə ölkə kubokunun 1/8 final matçını boykot edəcəkləri bildirilir. Spartak və Anji noyabrın 1-də üz-üzə gələcək.
Massimo Karrera oktyabrın 22-də qarşılıqlı razılıq əsasında istefaya göndərilib. Hazırda komandada baş məşqçi səlahiyyətlərini ispaniyalı Raul Rianço yerinə yetirir. Onun rəhbərliyi altında Moskva təmsilçisi Şotlandiya Rangers-i ilə Avropa Liqasının III tur oyununda heç-heçə edib.(fanat.az)