Hazırda Rusiya "Rostov"unda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev Moskva "Spartak"ına qayıda bilər.
Offsideplus.az "don24.ru" saytına istinadən xəbər verir ki, "qırmızı-ağlar" sabiq oyunçusunu yenidən heyətinə qatmaq niyyətindədir.
Paytaxt təmsilçisi 22 yaşlı yarımmüdafiəçinin keçidi üçün 1 milyon avro ödəməyə hazırdır. Klub onu son zamanlar qalmaqalları ilə gündəmə gələn Denis Qluşakovun əvəzləyicisi kimi görür.
Qeyd edək ki, Ayaz Quliyev bu ilin mayında məhz "Spartak"dan "Rostov"a keçib.