Qadınlardan ibarət millimizin üzvü Diana Məmmədova yeni kluba keçib.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçimiz bundan sonra “Rubin”də çıxış edəcək. Diana ilə müqavilənin detalları haqqında məlumat açıqlanmayıb.

Qeyd edək ki, Diana Məmmədova ötən mövsümü Superliqanın digər təmsilçisi “Yenisey” klubunda keçirib və 24 oyuna 1 qol vurub.