Rusiya "Rostov"unda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev komandasında həftənin ən yaxşı futbolçusu seçilib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi azarkeşlər arasındakı sorğuda Premyer Liqanın VII turunda "Ural"la səfər oyununun ən yaxşısı olub.
Qeyd edək ki, "Ural" - "Rostov" matçı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Ayaz Quliyev komandasının vurduğu qolda məhsuldar ötürmə edib.