Rusiyanın "Şinnik" klubunun rəsmisi Aleksandr Pobeqalov Bakıda səfərdədir.

"Offsideplus.az" xəbər verir ki, bu məlumatı "Metaratings” yayıb. Pobeqalov "Sabah"ın baş məşqçisi Murad Musayevlə görüşmək üçün Azərbaycana gəlib. 

"Şinnik" rəhbərliyi postundan uzaqlaşdırılan Dmitri Xomuxanın yerinə məhz 40 yaşlı mütəxəssisi gətirməyi planlaşdırır.

Yaroslavl təmsilçisinin baş direktoru Qalimcan Xayrulin idman koordinatorunun Azərbaycana səfər etdiyini təsdiqləyib:

“Biz bir çox namizədlə əlaqə saxlayırıq. Dekabrın 25-nə kimi qərar verəcəyik”.