"Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqanın yeni klubu bəlli olub.

"Offsideplus.az" xəbər verir ki, mütəxəssis “Sokol”un baş məşqçisi təyin olunub. Bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı məşqçi ilə müqavilə imzalandığı açıqlanıb.

Aleksey Baqa bu vəzifədə Denis Boyarintsevi əvəzləyib.

Qeyd edək ki, "Sokol" hazırda Rusiya birinci liqasında yarışır. Komanda turnir cədvəlində 20 xalla 16-cıdır.