SSKA klubu qapıçısı İqor Akinfeyevlə yeni müqavilə imzalayıb. 

Offsideplus.az xəbər verir ki, 32 yaşlı qolkiperlə müqavilənin müddəti 2021/2022 mövsümünün sonuna kimi uzadılıb.

 Qeyd edək ki, SSKA-nın yetirməsi olan İ.Akinfeyev 2004-cü ildən əsas komandada oynayır. Rusiya millisinin üzvü DÇ-2018-də komandasının qapısını qoruyub.