Rusiyanın "Axmat" klubu qapıçısı Qiorqi Şeliya ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, Rusiya klubu 34 yaşlı qolkiperlə 2025-ci ilə qədər nəzərdə tutulan sözləşmə şərtlərini razılaşdırıb.

Qeyd edək ki, ötən mövsüm Şeliya çıxdığı 34 matçda qapısında 45 qol görüb.