Premyer Liqanı tərk edən "Şamaxı"da daha bir ayrılıq yaşana bilər.

 Belə ki, "şirlər"in qapıçısı Rəşad Əzizli komandanın sıralarını tərk etməyə hazırlaşır.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, 29 yaşlı qolkiperə Rusiyanın "Ural" klubundan təklif var. 

Təcrübəli "çərçivə qoruyucusu" qonşu ölkədən gələn təklifi dəyərləndirmək istəyir. Əzizli, Birinci Diviziona yuvarlanan "Şamaxı"da qalmaq niyyətində deyil.

Əgər bu keçid baş tutsa, Rusiya klubu azərbaycanlı qapıçıya aylıq 3,500 dollar məvacib verəcək.

Bildirək ki, onun bölgə təmsilçisi ilə 2024-cü ilədək müqaviləsi var.

Offsideplus.az