Rusiyanın "Dinamo" (Moskva) klubu baş məşqçisi Slavişa Yokanoviçlə yolları ayırıb.
Offsideplus.az xəbər verir ki, serbiyalı mütəxəssislə müqavilə vaxtından əvvəl qarşılıqlı razılaşma əsasında ləğv olunub. Komandanı bu mövsümün qalan oyunlarına Pavel Alpatov hazırlayacaq.
Qeyd edək ki, S.Yokanoviç 2022-ci ilin iyunundan Rusiya Premyer Liqası təmsilçisini çalışdırırdı.